“Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans
Digər xəbərlər

“Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans

İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Baş Prokurorluqdan bildirilir ki, konfransda Baş prokuror Kamran Əliyev, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, KOBİA-nın sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Baş Prokurorluq, məhkəmə, hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, biznes qurumlarının, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edir.

 “Respublika”.