Bugünkü MİQ imtahanlarında 13 mindən çox namizəd iştirak edəcək
Elm və təhsil

Bugünkü MİQ imtahanlarında 13 mindən çox namizəd iştirak edəcək

İyulun 13-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub.

"Respublika" xəbər verir ki, barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, test imtahanları 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.