Çin orbitə üç peyki uğurla çıxarıb
Dünya xəbərləri

Çin orbitə üç peyki uğurla çıxarıb

Çin orbitə üç peyki uğurla çıxarıb.

"Respublika" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, Quanqdonq əyaləti sahillərində “Long March-11” (Çançjen-11) daşıyıcı raketinin buraxılışı Pekin vaxtı ilə saat 6:39-da (Bakı vaxtı ilə saat 2:39) reallaşıb.

“Şiyan-24C” peykləri əsasən kosmik elm və texnologiya sahəsində təcrübələr üçün nəzərdə tutulub.