Ekoloqlar
Dünya xəbərləri

Ekoloqlar "Ryanair"in baş direktoruna hücum ediblər

Avropanın ən böyük hava yollarından biri olan “Ryanair”in baş direktoru Maykl Oliri Brüsseldə Avropa İttifaqı (Aİ) Komissiyasının binası qarşısında ətraf mühit fəallarının hücumuna məruz qalıb.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Oliri Brüsselə Avropa Komissiyasının sədri Ursula fon der Leyenə Avropada aviasiya təcrübələri ilə bağlı petisiya təqdim etmək üçün gəlib.

Qeyd edək ki, AB Komissiyası binası qarşısında bəzi jurnalistlərə açıqlama verməyə hazırlaşan iki ətraf mühit fəalı Oliriyə yaxınlaşıb. Fəallar Olirinin üzünə və kürəyinə tortlar yapışdırıblar. Fəallardan biri "Belçikaya xoş gəlmisiniz. Ətraf mühiti çirkləndirən təyyarələri dayandırın" deyib və qışqıraraq hadisə yerindən qaçıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.