Daha 79 sakin Laçına qayıtdı
CƏMİYYƏT

Daha 79 sakin Laçına qayıtdı

İyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə (79 nəfər) köçürülüb.
"Respublika" xəbər verir ki, Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla da Laçın şəhərində 133 ailənin (503 nəfər) daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısı İlham Əliyevin müvafiq göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.