İmişlidə partlayış baş verib
CƏMİYYƏT

İmişlidə partlayış baş verib

İmişlidə çoxmənzilli binada partlayış hadisəsi qeydə alınıb. Hadisə zamanı bir nəfər xəsarət alıb.
"Respublika" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İmişli şəhəri Tofiq İsmayılov küçəsində yerləşən 5 mərtəbəli və 15 mənzilli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Partlayış nəticəsində 1993-ci il təvəllüdlü Musayev İlyas Azay oğlu xəsarət alıb. 
Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Xəsarət alaraq mənzildə köməksiz qalan həmin şəxs yanğınsöndürənlər tərəfindən xilas edilib, yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. 
Fakt araşdırılır.