DİN: Ötən gün 33 cinayətin üstü açılıb
Sosial həyat

DİN: Ötən gün 33 cinayətin üstü açılıb

Yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

"Respublika" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.