Dissertasiya şuraları tərkibində fəaliyyət göstərən hüquqşünas-alimlərin bəyanatı
Siyasət

Dissertasiya şuraları tərkibində fəaliyyət göstərən hüquqşünas-alimlərin bəyanatı

Azərbaycan Respublikasının Dissertasiya şuraları tərkibində fəaliyyət göstərən hüquqşünas-alimlər 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsinə dair bəyanat qəbul ediblər. Bəyanatı təqdim edirik:

"Müəyyən olunduğu kimi, 2023-cü il 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Sərəncam imzalanıb və hazırda Sərəncamın icrasına başlanılıb.

Bu prosesdə hüquqşünasların mövqeyinin önəmli olmasından irəli gələrək 2023-cü il 22 dekabr tarixində ölkəmizdə Dissertasiya şuraları tərkibində fəaliyyət göstərən bir qrup hüquqşünas-alimlərin görüşü keçirilib. Görüşdə qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi yüksək dəyərləndirilib və İlham Əliyevin namizədliyinin dəstəklənməsində hüquqşünas-alimlərin israrlı olacaqları bəyan edilib.

Vurğulanıb ki, son 20 il ərzində ölkənin suverenliyinin və müstəqilliyinin qorunmasının təminatı olan Ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilib və Azərbaycan tarixi nailiyyətlərə imza atıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə uğurlu daxili və xarici siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, vətəndaşların rifahına xidmət edən sosial siyasət aparılıb, ardıcıl və davamlı məhkəmə-hüquq islahatları həyata keçirilib, insan haqlarının daha səmərəli təminatı sferasında əməli işlər görülüb, vətəndaş məmnunluğu yüksək səviyyəyə çatdırılıb, beynəlxalq hüquq normalarının tətbiqi istiqamətində əhəmiyyətli addımlar atılıb. Otuz il işğal altında olmuş torpaqlarımız xalq və hakimiyyət vəhdəti və cənab İlham Əliyevin möhkəm siyasi iradəsi nəticəsində azad edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi təmin olunub və respublikamız dünya müstəvisində söz sahibi olan dövlətə çevrilib.

Bildirilib ki, hazırkı qlobal, regional siyasi-iqtisadi reallıqlar şəraitində ölkəmizin davamlı və dayanıqlı inkişafında cənab İlham Əliyevin siyasi kursunun davam etdirilməsi danılmazdır.

Bununla da biz, adları [imzaları] aşağıda sadalanan hüquqşünas-alimlər 2023-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini qətiyyət, məsuliyyətlə dəstəkləməyə çağırır və seçki kampaniyasında fəal şəkildə iştirak etməyə hazır olduğumuzu bildiririk.

Bəyanata qoşulan alimlərin siyahısı:

1. AMEA müxbir üzvü, h.e.d., prof. Məsumə Fazil qızı Məlikova;

2. H.e.d., prof. Ayxan Xankişi oğlu Rüstəmzadə;

3. H.e.d., dos. Turqay İmamqulu oğlu Hüseynov;

4. H.f.d., dos. Zaur Hümbət oğlu Əliyev;

5. H.e.d., prof. Namiq Həsən oğlu Əliyev;

və daha 32 nəfər.