Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 25-də Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Komitədən "Respublika"-a bildiriblər ki, görüş saat 11:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Şəki şəhəri, Heydər Əliyev pr. 216) keçiriləcək.