Döyüş meydanında əldə edilmiş uğur diplomatik müstəvidə də davam etdirilir
Siyasət

Döyüş meydanında əldə edilmiş uğur diplomatik müstəvidə də davam etdirilir

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış geosiyasi konfiqurasiya bütün dünya gücləri tərəfindən qəbul edilməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından təşkil olunan platformalarda qəbul edilmiş bəyanatlar bu istiqamət üzrə pozitiv nəticələri ehtiva edir. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra regionda sülhün təhlükəsizliyin möhkəmləndirilməsi yönündə şimal qonşumuz olan Rusiyanın təşkilatçılığı ilə Soçi Moskvada, Avropa İttifaqının vasitəçiliyilə Brüssel, Praqa Kişineuda, eləcə ABŞ-ın iştirakı ilə sülh platformaları təşkil olunub. Bu görüşlərdə diqqət mərkəzində olan əsas amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün tanınması Qarabağın müzakirə predmetinə çevrilməməsidir. Ona görə deyə bilərik ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfər postmünaqişə dövründə diplomatik müstəvidə uğurla davam etdirilir.

Bütün qlobal güclər Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıyaraq Ermənistana torpaq iddialarında, "status" məsələsində heç bir şans verməyib. Dövlətimizin ərazi bütövlüyünü qorumaqda israrlı prinsipial mövqe tutması xarici siyasət kursunun ana xəttini təşkil edir bir qarış torpağı düşmən tapdağı altında qalmasına heç bir zaman razı olmayacağını yüksək səviyyəli tribunalarda dilə gətirib.

Bu il mayın 14- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə sayca 5-ci dəfə təşkil olunan "Brüssel sülh gündəliyi" adı altında Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə görüşüblər. Bu görüşdə liderlər qarşılıqlı olaraq Ermənistanın 29,8 min kvadratkilometr Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı şəkildə sadiqliklərini təsdiq ediblər. Göstərilən rəqəmlər onu deməyə əsas verir ki, artıq Ermənistan da Qarabağın Azərbaycan ərazisi olmasını təsdiqləyir. Nikol Paşinyanın sonda Qarabağ iddialarından əl çəkməsi birmənalı olaraq onu bildirir ki, əgər regionda sülh təhlükəsizlik istiqamətində addımlar atılacaqsa, bu, ancaq Azərbaycanın maraqlarına təkliflərinə uyğun olmalıdır. Ölkəmizin irəli sürdüyü təkliflər isə öz növbəsində beynəlxalq hüquqa, problemin birdəfəlik həllinə əsaslanan təkliflərdir. Yəni Azərbaycanın maraqları deyəndə burada hansısa bir torpaq iddiasından söhbət belə gedə bilməz. Təkcə 30 il münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində gördüyümüz işlər bunun təsdiqidir. Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyi Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün nəticəsi olaraq Ermənistan tərəfi 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi çərçivəsində ərazi bütövlüyümüzü rəsmən qəbul etmişdi.

Mayın 25- Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Prezident İlham Əliyev, Vladimir Putin Nikol Paşinyan arasında üçtərəfli Zirvə görüşü olub. Rusiya da öz növbəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi təşəbbüsünü əldən vermək istəmir. Dəfələrlə şimal qonşumuzun vasitəçiliyilə bir neçə görüş olub bəyannamələr imzalanıb. Builki Moskva görüşündə Vladimir Putin Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına münasibət bildirərək deyib ki, bu sonrakı mərhələlərdə sülh sazişinin imzalanmasını asanlaşdıra bilər.

İyunun 1- Moldovanın paytaxtında Kişineuda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilmişdi. Qeyri-formal xarakter daşıyan görüşə Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolts da qatılıb. Brüssel formatı əsasında baş tutan danışıqların nəticəsi olaraq burada da Azərbaycan diplomatik üstünlüyünü əldən verməyib. Belə ki, görüşün nəticəsinə gəlincə, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsas götürülüb.

Cənubi Qafqazda davamlı sülhün təhlükəsizliyin bərqərar olunması, sərhədlərin delimitasiya demarkasiyası, həmçinin nəqliyyat blokadasının aradan qaldırılmasına mane olan yeganə vasitə Ermənistan dövlətidir. Hər zaman olduğu kimi, son məqamlarda destruktiv yanaşma sərgiləyən İrəvan rəhbərliyi münaqişənin həllini uzatmaqla regionu yenidən müharibə təhlükəsilə üzbəüz qoyur. Son günlərdə sərhədlərin müəyyən olunmasında 1991-ci ilin deyil, 1975-ci il SSRİ Baş Qərargahının xəritələrini əsas götürmək istəyirsə, bu da ermənilərə xeyir verməyəcək. Belə olan təqdirdə, Azərbaycan da 1918-ci il xəritələri ilə delimitasiya prosesinin olmasını tələb edə bilər ki, bu zaman İrəvan başda olmaqla Ermənistanın böyük bir hissəsi bizim sərhədlərimiz daxilində qalmalıdır.

Musa BAĞIRLI,

"Respublika".