DSMF: Üç ayda 65,3 mindən çox təyinat proaktiv qaydada aparılıb
Sosial həyat

DSMF: Üç ayda 65,3 mindən çox təyinat proaktiv qaydada aparılıb

2024-cü ilin yanvar-mart ayları ərzində 65,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə "Respublika"ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bunun 11,8 mindən çoxu pensiya, 53,5 mindən çoxu müavinət (o cümlədən 14,5 mindən çoxu məcburi dövlət sosial sığortası hesabına ödənilən) və təqaüd təyinatıdır.