Dünyanı ən çox çirkləndirən 5 ölkə açıqlanıb
Maraqlı

Dünyanı ən çox çirkləndirən 5 ölkə açıqlanıb

Birləşmiş Millətlər Təşkilatı "COP 28 İqlim Konfransı" əvvəli Yer kürəsinin üç dərəcə iqlim istiləşməsi ilə "cəhənnəm kimi" olacağı barədə xəbərdarlıq edib. Təşkilat bəyan edib ki, yeganə həll yolu karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaqdır.

"Respublika" "Milliyet" nəşrinə istinadən xəbər verir ki, İqlim Dəyişmələri üzrə 28-ci Konfrans (COP 28) Birləşmiş Ərəb Əmirliklərində noyabrın sonunda keçiriləcək. 

Hesabatda qeyd olunur ki, beynəlxalq səviyyədə qəbul edilmiş 1,5 dərəcə temperatur artımına nail olmaq üçün hazırda proqnozlaşdırılan cəmi 22 milyard ton karbon qazı 2030-cu ilə qədər azaldılmalıdır. Bu, qlobal emissiyaların 42 faizini təşkil edir və dünyanın ən çirkləndirici beş ölkəsinin hasilatına bərabərdir. Karbon emissiyaları ilə dünyanı ən çox çirkləndirən ölkələr Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiyadır.