DÜŞMƏNİN FAŞİST XİSLƏTİ DƏYİŞMƏYİB
Digər xəbərlər

DÜŞMƏNİN FAŞİST XİSLƏTİ DƏYİŞMƏYİB

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər vəhşicəsinə döyüb, işgəncə veriblər. Əsgərimizə verilən dəhşətli işgəncələri  videoya çəkmək paylaşmaq erməni faşizminin üzünün növbəti təzahürüdürƏlləri bağlanmış, döyülərək yerə uzadılmış, köməksiz vəziyyətdə olan əsgərin üzünə təpiklə zərbələr vurulur. Sual olunur ki, ermənilər bu vəhşiliyi niyə sosial şəbəkələrdə tirajlayır öz əməlləri ilə qürur duyurlarBununla, ermənilər vandal faşist simalarını bir daha dünyaya nümayiş etdirir    özlərini ifşa ediblər. Amma bunlar ifşa olunmaqdan zövq alıblar həmişə.

Əsir düşmüş əsgərimizə qarşı törədilən bu işgəncəni, vəhşiliyi, barbarlığı sakit izləmək mümkün deyil. Gördüklərimiz bir daha sübut edir ki, yüz illər keçsə , düşmənin faşist, vəhşi xisləti dəyişməmişdir. Həmçinin Ermənistanın adı gələndə həyasızcasına şivən qaldıran beynəlxalq təşkilatlar da, xüsusilə insan hüquqları müdafiə təşkilatları da ermənilər kimi öz xislətlərinə, ikili standartlara sadiq qalırlar: yenə Azərbaycan adı gələndə kar kordular.

Ermənistan tərəfindən əsirlərə qarşı edilən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarınınİrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Konkret olaraq "Hərbi əsirlərlə rəftar haqqında" III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdırlar.

Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn norma prinsiplərinə riayət etmişdir. Belə ki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda, onlar tez zərərsiz şəkildə geri qaytarılıb. Əksinə, yaralı erməni əsgərinə ilkin tibbi yardım da göstərilib. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir.

Şübhəsiz ki, bu hadisə Azərbaycan Ermənistan arasında normallaşma prosesinə   mənfi təsirini göstərəcək. Azərbaycan XİN Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatları məlumatlandırıb. Xarici İşlər Nazirliyinin məlumatında da deyildiyi kimi, aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə mülki şəxslərə, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı lazımi qiymət verməlidir. Bu, beynəlxalq müstəvidə süquta uğramaqda davam edən beynəlxalq hüququn bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların ədaləti bərpa edəcəyinə inamımız olmasa da, hüququn aliliyi prinsipindən yanaşaraq Azərbaycan beynəlxalq təşkilatları məsələ ilə əlaqədar tədbir görməyə çağırır.

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.