Ədəbiyaşar və əbədiyaşar yazıçı
Sosial həyat

Ədəbiyaşar və əbədiyaşar yazıçı

Düşünmək insan xarakterinə xasdır. Düşünüb dərk etmək isə fərdlərə görə dəyişir. Burada insanın dünyagörüşü, intellektual səviyyəsi, cəmiyyətə baxışı rol oynayır. İstedadlı insanların düşüncə tərzi isə bir qədər daha fərqlidir. Xüsusən şair, yazıçı alimlərin düşünüb dərketmə trayektoriyası daha geniş, dərin böyük miqyasda olur.

Xalq yazıçısı İsa Muğannanın düşüncələri idrakı fərqliliyi ilə hər zaman diqqət çəkmişdir. İsa Muğanna adilikdən aliliyə, xəlqilikdən bəşəriliyə, elmilikdən fəlsəfiliyə doğru düşünüb dərk etmiş, düşündüklərini ərsəyə gətirdiyi əsərlər vasitəsi ilə oxucularla bölüşmüşdür. Yaradıcılığa hekayə ilə başlayan nasir zaman-zaman povest romanlar qələmə almışdır. Ədib əsərlərində xalqın həyatını təsvir etmiş, müəyyən bir dönəmdən sonra ("Məhşər" romanından başlayaraq) bəşəri ideyaları bədii təxəyyülü ilə vəhdətdə yazdığı ədəbi nümunələrdə əks etdirmişdir. Bəşəri ideyalar fonunda yazıçının elmi fəlsəfi düşüncələri meydana çıxmağa başladı. Ustad sənətkar "Saz", "Tütək səsi", "Quru budaq", "Kollu Koxa", "Şəppəli", "Faciə", "Dan ulduzu" "Sürgün" povestlərində bir ölkənin daxilində olanları bədii sözün ecazı ilə ədəbiyyat nümunəsinə çevirirdisə, "Məhşər", "İdeal", "Qəbiristan", "Cəhənnəm" "GurÜn" romanlarında dünyəvi məsələlərə toxunaraq, mütəfəkkir yazıçı düşüncəsini ortaya qoyurdu. Ədibin bədii nəsrində müharibə dövrünün təsviri geniş yer almışdır. Yazıçının uşaqlıq yeniyetməlik dövrü müharibə illərinə təsadüf etdiyindən, nasir əsasən görüb, eşidib yaşadıqlarını bədii təxəyyülü ilə vəhdətdə ədəbi nümunəyə çevirmişdir. İsa Muğanna "Saz" povestində müharibə illərinin yaratdığı ağrı-acıları detalları ilə əks etdirmişdir. Ədib əsərdə göstərir ki, dəmirçiliklə məşğul olan İsfəndiyar kişi oğlanları müharibəyə gedənə qədər nəvələri ilə birgə xoş gün keçirərdi. Oğlanları Rəhman Bəhmən müharibəyə getdikdən sonra İsfəndiyar kişinin gözləri yolda, qulağı səsdə oğlanlarından xəbər gözləyərdi. Povestdə əsasən yarımçıq qalan ailələrin maddi mənəvi problemləri önə çəkilmişdir.

"Tütək səsi" povestində müəllif müharibənin gətirdiyi çətinliklərdən bəhs etmiş, kolxoz sədri Cəbrayılın hərəkətlərinin pisləndiyini göstərməklə dövrün mənzərəsini canlandırmışdır. Cümrü Tapdığın obrazları fonunda ədib psixologizimlər ərsəyə gətirmişdir. İ.Muğanna ilk qələm təcrübəsindən başlayıb, sonrakı əsərlərində avtobioqrafizmlər yaratmışdır. Müəllif yazdığı əsərlərdə mühitinin dövrünün əksini avtobioqrafik obrazlar hüdudunda daha aydın, canlı, realistcəsinə təqdim etmişdir. Avtobioqrafik obraz yaratmaq ənənəsi İsa Muğanna yaradıcılığının ana xətti hesab olunur. Nasir "Tütək səsi" povestində Nuru obrazını yaratmaqla öz taleyindən müəyyən məqamları əsərdə əks etdirmişdir. "Quru budaq" əsərində canlandırdığı məktəb direktoru Nuru obrazında isə atası Mustafa Hüseynovun portretindən müəyyən cizgiləri vermişdir. Yazıçı "İdeal" sonrakı əsərlərində avtobioqrafik surətlərdən yararlanmışdır. "İdeal"da Səməd Əmirli, "Qəbiristan" romanında polis kapitanı Səmi, "Cəhənnəm" əsərində Səməd obrazında müəllif avtobioqrafiyasının təzahürünü görmək olur. Yaradılan bu obrazlar bütövlükdə İsa Muğannanın tale daşıyıcısı deyil. Bu obrazlarda müəllif taleyindən xarakterindən irəli gələn müəyyən cizgiləri əks etdirmişdir. İ.Muğanna mütəfəkkir yazıçı olaraq ədəbiyyat tarixində müqtədir yerlərdən birini tutmaqda, eyni zamanda əsərlərində öz avtobioqrafik portretini yaratmaqla ədəbiyyat səhifələrində bədii obraz kimi yer almaqdadır. Yazıçı hər iki mənada (ədəbi şəxsiyyət bədii obraz) ədəbiyaşarlıq missiyasını qazanmışdır. İsa Muğannanın ədəbi şəxsiyyət olması fikri hələ 60- illərdə gündəmə gələn bir məsələ idi. Ədəbiyyatda altmışıncılar nəsli adlanan bir neçə yazıçı İsa Muğannanı özlərinə ustad olaraq qəbul etmişdilər. Yazıçı o dönəmdə gənc olsa da, onun qələminin təsir gücü geniş arenaya səs sala bilmişdir. Yazıçı Mehdi Hüseyn İ.Muğannanı etiraf olunmayan dahi adlandırmışdır. Yazıçını dahiləşdirən mühüm cəhətlərdən biri o idi ki, nasir bədii təxəyyüllə yanaşı, elmi biliklərini artırır yazdığı əsərlərdə elmiliklə bədiiliyi sintez halında təqdim etməyi bacarırdı. Ədib sovet rejimi dövründə yazıb yaratsa da, milli kimlik məsələsinə mənəvi dəyərlərə əsərlərində yer ayırırdı. Bu səbəbdən rejim tərəfdarları onu haqsız tənqidlərə məruz qoyurdu.

Bilindiyi kimi, yazıçı bir neçə ssenarinin müəllifi olmuşdur. Ssenarisini yazdığı filmlərin Azərbaycan ədəbiyyatı mədəniyyəti, bütövlükdə tariximiz üçün böyük əhəmiyyəti vardır. "Doktor Nərimanov" ya "Ulduzlar sönmür" ssenarisini yazdıqdan sonra İ.Muğanna Mərkəzi Komitə üzvləri tərəfindən haqsız tənqidlərə məruz qalmışdır. Ümummilli lider Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra ədalət bərqərar olmuş, "Doktor Nərimanov" filmi Bakının kinoteatrlarında nümayiş olunmuşdur. Heydər Əliyevin yazıçıya olan bu diqqəti onun sonrakı həyatında yeni işıqlı bir yol oldu. Bu hadisədən sonra ümummilli lider Heydər Əliyev "Nəsimi" filminin ssenarisinin yazılmasını şəxsən İsa Muğannaya tapşırdı. Ssenarini yazdıqdan sonra ədib tarixi-fəlsəfi əsər olan "Məhşər" romanını qələmə aldı. "Məhşər" yazıçının yaradıcılığında yeni bir istiqamətin əsasını qoydu. Ədib "Məhşər"dən başlayaraq tarixi əsər yazma ənənəsini inkişaf etdirdi. İsa Muğanna "İdeal" sonrakı əsərlərində dünyəvi əhəmiyyəti olan məqamları daha çox önə çəkir, ölümsüzlük ikinci doğuluş anlayışlarını əsərlərində əks etdirirdi. Yazıçı vurğulayırdı ki SafAğ elmi tədris olunsa ölümlü insanlar ikinci həyatın şəkildə başlandığını, həyatın davamını dərk edər. İ.Muğanna ölümsüzlük anlayışında da SafAğ elminin əhəmiyyətindən bəhs edirdi. Ustad sənətkar müsahibələrində qeyd edirdi ki, "İdeal" sonrakı əsərləri "Ün" eşidərək qələmə alıb. Məsələyə bu yöndən yanaşdıqda ədibin "İdeal" sonrakı əsərlərini ("Qəbiristan", "İsaHəq MusaHəq", "Cəhənnəm", "GurÜn", "Türfə", "İlan dərəsi", "Qırx kisə qızıl", "Söz yarası") "Ün" ədəbiyyatı kimi dəyərləndirmək olar. "İdeal" sonrakı əsərlərdə İsa Muğanna düşüncəsinə xas olan "SafAğ" elmi "OdƏr" dili konsepsiyası aydın şəkildə görünməyə başladı. Qələm sahibi hələ "Məhşər"dən başlayaraq insanları qandan, müharibədən uzaq duraraq, elmə istinad etməyə çağırırdı. Bütün problemlərin həllində elmi əsas götürür, "İdeal" sonrakı əsərlərində "SafAğ" elmindən bəhs edirdi. İ.Muğannanın bədii nəsrində humanist fikirlər geniş yer aldığından onun əsərlərini humanizm ədəbiyyatı nümunələri kimi şərh etmək olar.

İsa Muğanna "İdeal"la başlayan dövr yaradıcılığında yazıçı təxəyyülü elmi idrakının gücü ilə alt qatlara enir, alt qatlara endikcə yazıçının düşüncələri daha da üst mərtəbələrə yüksəlirdi. Ədib "İdeal"dan başlayaraq dil dinlə bağlı yeni mülahizələr irəli sürdü ki, bu da nasirin yaradıcılığını yalnız ədəbiyyatşünaslıq üçün deyil, digər elm sahələri üçün tədqiqat obyekti olaraq əhəmiyyətli etdi. İ.Muğanna ömrünü bütövlükdə ədəbiyyata bağlamış, heç vaxt şöhrət arxasınca getməmişdir. Yazdığı əsərlər geniş dünyagörüşü ona şöhrət qazandırdı. Özünün qeyd etdiyi kimi, yaxşı insanların onun qarşısına çıxması bu şöhrəti qazanmaqda mühüm rol oynadı. Ədib müsahibələrində qeyd edirdi ki, ulu öndər Heydər Əliyev, yazıçılar Mehdi Hüseyn Mirzə İbrahimov onun taleyində yaradıcılığında mühüm rol oynamış, bu insanların dəstəyi yazıçını daim yazıb yaratmağa ruhlandırmışdır. İ.Muğannanın yaradıcılığında milli mənəvi dəyərlərin tarixiliyin yer alması onu yalnız ədəbiyaşar yox, həm əbədiyaşar yazıçıya çevirdi. Yazıçı əbədi yaşayacağını əvvəldən bilir buna inanırdı. Ədibin həyat yoldaşı Firuzə xanım söhbətlərinin birində qeyd etmişdir ki, Allah mənə elə ömür versin ki, İsa qədər yaşayır, mən yaşayım. Onu heç kimə etibar edə bilmərəm. İsa Muğanna da zarafatla bildirmişdir ki, onda gərək əbədi yaşayasan. Bu il 95 yaşı tamam olan İsa Muğannanı yazdığı əsərlər ədəbi əbədi yaşadır.

Ülvi AYDIN,

Bakı Dövlət Universitetinin doktorantı, AYB-nin AJB-nin üzvü.