Elektrik təchizatı yaxşılaşır
Region

Elektrik təchizatı yaxşılaşır

Kürdəmir rayonunun Şüşün kəndində və onunla yanaşı 7 kənddə elektrik təchizatı ilə bağlı problemlər yaşanırdı. Bu günlərdə Kürdəmir rayonun Şüşün kəndində inşa olunan 35-10 klovoltluq yeni yarımstansiyaya baxış keçirilib, orada görülmüş işlər müsbət qiymətləndirilib. Yeni yarımstansiya Şüşün kəndi ilə yanaşı rayonun 7 kəndini, 1000-ə yaxın abonenti və ya 4000-ə yaxın əhalini elektrik enerjisi ilə təmin edəcək.

Bundan başqa inşa olunan bu yarımstansiya rayonda torpaq sahəsinin su ilə təminatı üçün Kür çayı üzərindəki su nasos stansiyalarına da xidmət göstərəcək. Köhnə yarımstansiya torpaqlara suvarma suyunun optimal müddətdə ötürülməsində müəyyən çətinliklər yaradırdı.Yeni yarımstansyada quraşdırılan müasir tipli avadanlıqlar enerji təminatında dayanıqlığı təmin edəcək.

                                                     Tofiq HÜSEYN,

                                                    “Respublika”.