Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi “YAŞAT” Fondunun şəhid ailələri və qazilərlə bağlı tədbirlərinə əlavə dəstəyin göstərilməsi məqsədilə 150 nəfəri işlə təmin edib
Sosial həyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi “YAŞAT” Fondunun şəhid ailələri və qazilərlə bağlı tədbirlərinə əlavə dəstəyin göstərilməsi məqsədilə 150 nəfəri işlə təmin edib

“İşsizin DOST”u proqramı çərçivəsində 150 sosial işçi Bakı və regional “ASAN xidmət” mərkəzlərinə təhkim edilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, işə qəbul olunan 150 nəfərin hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Ümumilikdə “İşsizin DOST”u proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarət tədbirlərini davam etdirir.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmiş, lakin icbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlərin bu müqaviləni bağlaması üçün altsistemdə xəbərdarlıq məlumatları yerləşdirilib. 2020-ci ilin sonlarından başlayaraq 2021-ci ilin aprel ayında yekunlaşan qabaqlayıcı tədbirlərin ilk mərhələsində 620 işəgötürənlə bağlı e-sistem üzərindən  araşdırma aparılıb. Onlardan inzibati xəta halları aşkar olunan 156 işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu ilin iyul ayından ikinci mərhələ kimi, 649 işəgötürənin məlumatları təhlil olunub və onlardan inzibati xəta faktları aşkarlanan işəgötürənlərlə bağlı tədbirlərin görülməsi prosesi davam etdirilir.

Ümumilikdə qabaqlayıcı və nəzarət tədbirləri nəticəsində altsistemdə qeyd olunan icbari sığorta müqavilələrinin sayında 101 min  artım özünü göstərib.

“Respublika”.