Əməkdaşlıq imkanları müzakirə edilib
İQTİSADİYYAT

Əməkdaşlıq imkanları müzakirə edilib

BƏƏ ilə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin “Sustainable Water Solutions” Holdinqinin idarəedici direktoru və baş icraçı direktoru Əhməd Əl Şəmsi ilə görüşüb.

20 iyun İqtisadiyyat Nazirliyindən bildirilir ki, nazir ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, təbii resurslardan səmərəli istifadə olunması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verib. Yeni iqtisadi çağırışlar şəraitində su mənbələrindən səmərəli istifadə və müasir texonoloji həllərə dayanan su idarəçiliyinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində şirkətlə ölkəmizin əməkdaşlıq imkanlarına dair fikirlərini  bölüşüb.

Tərəflər innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıb.

“Respublika”.