Ər-Riyadda keçirilən sərgidə azərbaycanlı rəssamın əsərləri nümayiş etdirilib
Diaspora

Ər-Riyadda keçirilən sərgidə azərbaycanlı rəssamın əsərləri nümayiş etdirilib

8 iyun Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Ər-Riyadda keçirilən sərgidə azərbaycanlı rəssamın əsərləri nümayiş etdirilib.

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda keçirilən rəsm sərgisində azərbaycanlı rəssam Aynur Paşayevanın əsərləri nümayiş etdirilib.

Şahzadə Mişaal bin Məhəmməd bin Səud bin Əbdüləzizin himayəsi ilə “Vision 2030” proqramı çərçivəsində gerçəkləşdirilən sərgidə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Tunis, Bəhreyn, Livan, Əlcəzair, İraq, Azərbaycan və digər ölkələri təmsil edən rəssamların əsərləri təqdim edilib.

Sərginin açılış mərasimində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşları, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Qeyd edək ki, Aynur Paşayevanın əsərləri ilk dəfə 2023-cü ilin martında “Vision 2030” proqramı çərçivəsində Ər-Riyadda gerçəkləşdirilən sərgidə nümayiş etdirilib. Onun əsərləri böyük rəğbətlə qarşılanıb.

Sərgidə uğurlu iştirakına görə azərbaycanlı rəssama təşəkkürnamə təqdim edilib.

“Respublika”.