Ərdoğandan zəlzələ qurbanlarına şad xəbər
Türk dünyası

Ərdoğandan zəlzələ qurbanlarına şad xəbər

Prezident Rəcəb Tayyib Ərdoğan, Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən Beykoz Poyrazköydə təşkil edilən “2023-2024 Balıqçılıq Ov Mövsümü”nün açılış proqramında iştirak edib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti tədbirdə zəlzələ qurbanlarına şad xəbər verib. 

Ərdoğan bildirib: “Biz zəlzələ zonasında yaşayan və gəlir itkisi yaşayan balıqçılarımızı dəstəkləyirik. Sabahdan etibarən gəmi başına 2500 ilə 60 min lirə arası dəstəyi zəlzələ qurbanlarımızın hesablarına yatırırıq. Bundan əlavə, təbii fəlakət bölgəsi elan edilən vilayətlərdə 2 ay ərzində akvakultura yetişdiricilərimizə tələf olan balıq yumurtası, qızartması, porsiya və anaç balıqları üçün dəstək ödənişləri edəcəyik".

Töhfə SƏMƏDOVA,

"Respublika".