Ermənistan sülhə əngəl törədir
Digər xəbərlər

Ermənistan sülhə əngəl törədir

İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı açıqlamaya əsasən bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Biz həmişə Ermənistanın sülh danışıqlarının aktual olduğu ərəfələrdə təxribatlara yol verdiyinin şahidi olmuşuq. Tarixi torpaqlarımızda hələ erməni separatçı qüvvələri qalmaqdadır. Bunun qarşısının alınması üçün Azərbaycan Ermənistan arasında şərti sərhəd bölgüsündə bufer zonasının yaradılmasına vəziyyətdən çıxış yolu kimi baxıla bilər. Beynəlxalq hüquqa BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Bu, Ermənistan tərəfinin növbəti manipulyasiyası təxribatıdır. Ermənistan üçtərəfli Bəyanatda qeyd olunan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə Azərbaycanın ərazi bütövlüyü suverenliyinə hörmət etmək əvəzinə, Qarabağda yaşayan ermənilərin reinteqrasiyası kimi daxili məsələlərimizə müdaxilə cəhdlərinə hələ son qoymayıb. Ermənistanın törətdiyi təxribatlardan aydın olur ki, onların niyyəti əsla sülh deyil. Ermənistan bölgədə sülh sabitliyə maraq göstərmir. Elə buna görədir ki, Ermənistan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq, erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ tam olaraq çıxarmayıb. Separatçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir. Bundan əlavə, düşmən tərəfi sərhəddə təxribatlara əl atır atəşkəsi pozur. Təəssüflər olsun ki, bütün bunlar Avropa İttifaqının () Ermənistanda Azərbaycanla şərti dövlət sərhədində yerləşən missiyasının fonunda baş verir. İrəvanın ittihamlarla dolu bəyanatları sülh prosesinə ciddi əngəl törədir. Ermənistanın bəyanatlarından təxribatlarından bu qənaətə gəlmək olur ki, işğalçı ölkə xarici qüvvələri bölgəyə cəmləşdirməklə regionda bu qüvvələrin siyasi müharibəsinə zəmin hazırlayır. Ermənistanın bu təşəbbüsləri isə regionda yaşayan bütün xalqların təhlükəsizliyinə ciddi təhdiddir. Azərbaycan tərəfi isə tələb edir ki, Ermənistan regionda sülh təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Nuranə DAXİLQIZI,

"Respublika".