Ermənistanda hökumətlə xalq üz-üzədir
Siyasət

Ermənistanda hökumətlə xalq üz-üzədir

İkinci Qarabağ savaşından 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, müharibə zamanı düşmənin hiyləgərliyi necə deyərlər, ört-basdır etməyə çalışdığı əsl xisləti indi bir-bir üzə çıxır.

Hayastan müharibə zamanı olduğu kimi, sonrakı dövrdə öz vandalizm xain əməllərindən əl çəkmir. 44 günlük müharibə dövründə mənfur düşmən döyüşməyə adam tapmır, elə buna görə dinc əhalinin məskunlaşdığı müharibə getməyən ərazilərə ballistik raketlər ataraq diqqəti yayındırmağa köməkçi dövlətlərdən muzdlu əsgər cəlb etməyə çalışırdı. Həmin dövrlərdə yayılan görüntülərdən məlum olurdu ki, cəbhədə vuruşanlar yaşlı nəslin nümayəndələri ya oraya məcburi şəkildə gətirilən 18 yaşı tamam olmamış azyaşlılardır. Həmçinin bəlli olur ki, erməni tərəfi öz döyüşçülərini ac saxlayır, yaralananlar isə nəinki gigiyenik təmizləyicilər, heç lazımi tibbi ləvazimatlarla belə təmin edilməyib. Odur ki, minlərlə əsgər döyüş bölgəsindən qaçaraq fərari olub.

Paşinyan hakimiyyəti sadəcə özünü maraqlarını düşünür. Onun tək xülyası "böyük Ermənistan" arzusunu yerinə yetirməkdir. Buna görə öz çirkin əməllərindən əl çəkmir xalqın vəziyyətini daha da çətinləşdirir. Əlbəttə, bu səbəbdən xalq Paşinyan onun kimi xalqı düşünməyən siyasi elita üçün vuruşmaq istəməyib. Minlərlə gənc şəhid olub, ordunun çox hissəsi isə fərarilik edib. Başqasının torpağında məqsədsiz vuruşmaq əlbəttə ki, erməni əsgərləri üçün mənasız olub. Buna görə haqlı olaraq vuruşmaq istəməyiblər. Müharibə zamanı şəhid olan bir çox gəncin nəşi isə aylar sonra ailəsinə təhvil verilib ya itkin statusu alıb. Əlbəttə, bu, dəhşətli haldır. Öz əsgərinə su, yenək verməyən hakimiyyət müharibədən sonra da şəhidlərinə sahib çıxmayıb. Buna görə 2 ildən çoxdur ki, gözüyaşlı analar erməni hakimiyyətinə etiraz edir, aksiya keçirir. Lakin Hayastan elitası bunu görməzdən gəlməklə yanaşı, gözüyaşlı anaları həbsə atdırır. Yaşa hörməti olmayan Paşinyan hakimiyyəti bu səfər heç bir əsası olmayan müddəalarla şəhid anasını həbsə göndərib. 44 günlük müharibədə ölən hərbçilərin valideynlərinin hökumət binasının qarşısında şəhid Jora Martirosyanın anası Qayane Akopyanın azadlığa buraxılması tələbi ilə müddətsiz oturaq tətil elan ediblər. Erməni mediası açıqlayıb ki, iştirakçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı sonlandırmayacaqlarını bildiriblər. Hakimiyyət isə Qayane Akopyana 1 aylıq həbs cəzası verərkən Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda ittiham edib.

Xalqın öz baş nazirindən bezməsi onun devrilməsi üçün aksiya keçirməsi heç xoşagələn hadisə deyil. Öz vətəndaşının, əsgərinin rifahını düşünməyən Ermənistan siyasi elitası bu gün istefaya getməyə məcburdur. Müharibə zamanı yayılan videolardan da bəlli olur ki, əsgərlər yemək üçün bir tikə çörək tapmayıb, bir çoxu aclıq ya susuzluqdan dünyasını dəyişib. Elə buna görə minlərlə əsgər xidmətdən qaçaraq fərari statusu alıb. İlk vaxtlar buna etiraz edən həqiqəti əks etdirmədiyini bildirən Ermənistan hakimiyyəti bu gün həqiqətlər qarşısında aciz qalıb. Artıq Ermənistan tərəfi bunun belə olduğunu etiraf edib. Real vəziyyəti isə elə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib. O açıqlayıb ki, Ermənistan həmişə reallıqdan qaçır: "Reallıq budur ki, 44 günlük müharibə zamanı bizdə 11 min fərari var idi. 11 minin olduğunu təsəvvür edə bilərsinizmi? Müharibə zamanı baş komandan könüllüləri Vətənin müdafiəsinə çağıranda bu çağırış yerinə yetirilmədiMən bir qadın olaraq bir dəstə yaratmaq qadınların müharibədə iştirakına ehtiyacın o qədər böyük olduğunu göstərmək qərarına gələndə bu öhdəliyə hələ yaxşı cavab gəlmədi. Bu haqda danışmaq lazımdırReallığı gizlətməməliyik. Biz 44 günlük müharibəyə nəzər salmalı, hərəkətlərimizi təhlil etməli utanmadan qorxduğumuzu etiraf etməliyik. Hər kəs qəhrəman olmaq məcburiyyətində deyilAmma bunu gizlətmək ayıbdır". Açıq formada etiraf isə onu göstərir ki, insanlar artıq dürüst hakimiyyət görmək istəyir. Ağıyla-qarasıyla, yaxşısıyla-pisiylə sadəcə, doğruları demək artıq müsbət qarşılanır. Akopyan həmçinin bildirib ki, hazırda İrəvanda məhkəmə işləri gedir, burada cavabdehlər ordu zabitləri, müharibə zamanı düşmənə məlumat ötürən əsgərlərdir. O, bunu xəyanət adlandırıb.

Bu açıqlamadan sonra deyə bilərik ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsi Prezident İlham Əliyevin uğurlu siyasəti rəşadətli Azərbaycan ordusunun gücü sayəsində əldə edilib. Əsgərlər üçün yaradılan imkanlar, onların hər daim qayğısına qalmaq Azərbaycan hakimiyyətinin prioriteti olub. Həmçinin xalqımızın da ordumuza yardımlar, xoş sözlərlə dolu məktublar göndərməsi daima onların ruhlanması üçün vacib amil idi. Müharibə zamanı ölkə başçımızın xalqa müraciətindən dərhal sonra minlərlə həmyerlimiz vətənimiz, dədə-baba torpaqlarımız uğrunda mübarizə aparmaq üçün heç düşünmədən könüllü yazılıb. Heç o torpaqları görməyən, sadəcə ata-babalarından şəfalı torpaqların tərifini eşidən minlərlə gənc bu yolda gözlərini həyata əbədi yumdu. Minlərlə əsgərimiz yaralı olmasına baxmayaraq, yenidən döyüş meydanına yollandı. Cəbhədə bütün əsgərlərimiz cəsarətlə vuruşub, bir nəfər belə fərari olmayıb. Döyüş bölgəsində həddindən çox əsgər olduğu üçün səngərə gedə bilməyən vətəndaşlarımız arxa cəbhədə vuruşurdu. Sosial mediada yayılan dezinformasiyaların qarşısını almaq üçün gecə-gündüz demədən internet qarşısında mübarizə aparırdı. Təkcə ölkədə yaşayan vətəndaşlarımız yox, həmçinin xarici ölkələrdə olan həmvətənlilərimiz öz dəstək aksiyalarına davam edir, pankartlarla şüarlarını dünyaya çatdırırdı. Minlərlə xaricdə yaşayan azərbaycanlı döyüşə könüllü olaraq yazılmışdı. Prezident İlham Əliyevin həmvətənlilərimizin bu əzmi nəticəsində qələbəmiz iki sözlə yekunlaşdı - Qarabağ Azərbaycandır!

T.SƏMƏDOVA,

"Respublika".