Əzim Əzimzadə - satirik qrafikanın banisi
Tarixi şəxsiyyətlər

Əzim Əzimzadə - satirik qrafikanın banisi

Tanınmış rəssam, Azərbaycanda karikatura sənətinin banisi Əzim Aslan oğlu Əzimzadə 1880-ci il mayın 7- Novxanı kəndində anadan olub. Rəssam ilk təhsilini Novxanıdakı molla məktəbində almış, ailəsinin etirazlarına baxmayaraq, rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Orta  məktəbi bitirdikdən sonra isə metaltökmə zavodunda əmək fəaliyyətinə başlamışdır.

Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz-Azərbaycan miniatür məktəbinin rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirib. 1906- ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. Onun əsərlərinin əsas mövzusunu təzadlar, sosial təzadlar, adətlər xalqın məişəti təşkil edirdi. Rəssam əsərlərində mənfi obrazları yumor, kinayə ilə təsvir etmişdir. Çox vaxt Əzim Əzimzadənin yaradıcılığı şair Mirzə Ələkbər Sabirin yaradıcılığına bənzədilir. Böyük şairin "Hophopnamə"sinə çəkilən illüstrasiyaların müəllifi Əzim Əzimzadədir. Rəssamın çəkdiyi rəsmlərin M.Ə.Sabir poeziyasının üslubuna yaxınlığı səbəbindən həmin şeirləri o illüstrasiyalarsız təsəvvür etmək mümkün deyil. 1914- ildən 1922-ci ilə qədər Əzim Əzimzadə M.Ə.Sabirin şeirlərinə 55 illüstrasiya çəkmiş, Molla Nəsrəddin jurnalında 1922-ci ildən 1931-ci ilə qədər rəssamın  1200-dən çox karikaturası çap edilmişdir.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940- ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920-1943- illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.

Rəssam siyasi karikatura janrında da bir çox nümunələr yaratmışdır. Onun faşizmi ifşa edən "Şir pişik balası", "Faşizmin çöhrəsi", "Fürerin qənimətləri", "Vurulmuş kartlar" digər karikaturaları da bu qəbildəndir.

Rəssamın dostluq etdiyi insanlar arasında ədəbi mühitin bir çox simaları - Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Rüstəm, Üzeyir Hacıbəyov başqaları da var idi.

Şair Süleyman Rüstəmin Əzim Əzimzadəyə həsr etdiyi şeirində deyilir:

Böyük ustadısan yeni həyatın,

Sənət göylərində sınmaz qanadın

İnan, yaşayacaq sənin adın

Çəmən yaşadıqca, gül yaşadıqca

Vətən yaşadıqca, el yaşadıqca.

Əzim Əzimzadə 1943- il may ayının 15- Bakıda vəfat edib.

1967-ci ildə Azərbaycanın görkəmli Xalq rəssamı, karikaturaçı Əzim Əzimzadənin həyat yaradıcılığına həsr olunmuşƏzim Əzimzadəadlı film çəkilib.

Bakı Rəssamlıq Texnikumu, eləcə Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi açılmış, evin yaxınlığındakı bağda büstü qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əzim Əzimzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Həmçinin, ötən il Bakıda Əzim Əzimzadəyə həsr olunan Bakı Dizayn Festivalı keçirilmişdiİlk dəfə təşkil olunan festival çərçivəsində ziyarətçilər müxtəlif yaradıcılıq stendləri, art instalyasiyalarla tanış olmaq imkanı qazanmışdılar.

Nəzrin CAVADZADƏ,

"Respublika".