Fransa müstəmləkə altında olan xalqlara öz dillərinin istifadəsini qadağan edib
Dünya xəbərləri

Fransa müstəmləkə altında olan xalqlara öz dillərinin istifadəsini qadağan edib

Fransa müstəmləkə altında olan xalqlara öz dillərinin istifadəsini qadağan edib. Ölkəmizdə keçirilən təhsil proqramlarının dili yalnız fransız dilidir.

AZƏRTAC xəbər verir ki, bunu Qoşulmama Hərəkatında “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirin iştirakçısı Jan-Viktor Kastor deyib.

O qeyd edib ki, müstəmləkə altında olan xalqlara ayrı-seçkilik siyasəti tətbiq edilir. “Bizim tariximiz, dilimiz və mədəniyyətimiz gələcək nəsillərə ötürülmür. Dövlət işçilərinin 98 faizi yalnız ağdərili insanlardır. Əhali və dövləti təmsil edənlər arasında tez-tez qarşıdurmalar yaranır. Çünki onlar bizdən deyillər və xalqımızı anlamırlar. Fransızlar bizim bilik və bacarıqlarımızdan istifadə edərək özlərinə yeni bizneslər qurur və daha da varlanırlar”.