Günter Kovaks: Avstriya Azərbaycanın sülh təşəbbüslərini təqdir edir və dəstəkləyir
Siyasət

Günter Kovaks: Avstriya Azərbaycanın sülh təşəbbüslərini təqdir edir və dəstəkləyir

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya rəsmi səfəri çərçivəsində iyunun 21- Avstriya Respublikası Parlamenti Federal Şurasının sədri Günter Kovaks ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu vurğulayan Avstriya Parlamenti Federal Şurasının sədri iki ölkənin parlamentlərarası əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Bu sahədə mövcud imkanları diqqətə çatdıran Günter Kovaks Milli Məclis sədrinin Avstriyaya səfərinin parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı qarşılıqlı niyyətin göstəricisi olduğunu diqqətə çatdırıb.

Otuz il əvvəl ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğunu xatırladan Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışıb.

Azərbaycanla Avstriya parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşən Sahibə Qafarova parlamentlərarası dostluq qruplarının rolunu qeyd edib.

Azərbaycanın keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verən Milli Məclisin sədri deyib ki, 105 il əvvəl Şərqdə ilk demokratik respublikanı yaradan Azərbaycan bu gün regionda ən inkişaf etmiş, multikultural tolerant bir ölkədir. Bu gün müxtəlif dinlərin millətlərin nümayəndələri Azərbaycanda təhlükəsiz firavanlıq şəraitində yaşayırlar. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.

Görüşdə Milli Məclisin sədri bildirib ki, 2020-ci ildə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü tarixi ədaləti bərpa edib. O, 44 günlük Vətən müharibəsində Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad etdiyi Qarabağda Şərqi Zəngəzurda hazırda müasir şəhər kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan "Böyük Qayıdış" proqramına start verilib məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanıb.

Milli Məclisin sədri əlavə edib ki, Azərbaycan işğal qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün sabitliyin təmin olunması üçün səy göstərir Ermənistana sülh sazişi imzalamağı təklif edib. Sülhün əldə olunması bütün regionda sabitliyin təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Günter Kovaks Azərbaycanın sülh təşəbbüslərini təqdir etdiklərini dəstəklədiklərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Sonra Federal Şuranın inzibati binası ilə tanışlıq olub.