Havayda meşə yanğını baş verib: 6 nəfər ölüb
Dünya xəbərləri

Havayda meşə yanğını baş verib: 6 nəfər ölüb

ABŞ-ın Havay ştatının Maui adasında baş verən yanğında 6 nəfər həyatını itirib.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, baş verən yanğınla əlaqədar 13 yaşayış məntəqəsi boşaldılıb, 16 yol nəqliyyata bağlanıb, vətəndaşlar üçün isə 5 sığınacaq açılıb.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini və can itkisinin arta biləcəyini açıqlayıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".