Hayastanda daxili çəkişmələr artır
Siyasət

Hayastanda daxili çəkişmələr artır

Qərb qonşumuzda son illərdə daxili çəkişmələr kəskin formada artıb. Bu çəkişmələr ölkənin siyasi, iqtisadi sosial tərəflərinə ciddi təsir göstərir. Hayastandakı siyasi çəkişmələr daha çox ölkənin müxtəlif siyasi qüvvələrinin partiyalarının arasında yaşanan güc mübarizəsi nəticəsində yaranıb. Bu isə həm daxili siyasətdə, həm beynəlxalq münasibətlərdə Ermənistanın mövqeyini daha da zəiflədib.

2018-ci ildə baş verən "Məxməri inqilab" nəticəsində Nikol Paşinyanın başçılıq etdiyi "mülki müqavilə" ittifaqının hakimiyyətə gəlməsi, siyasi çəkişmələri daha da artırıb. İqtidar-müxalifət münaqişələri, ölkənin hər sahəsinə təsir göstərməkdədir. O, hakimiyyətə gəldiyi ilk illərdə ölkəni böhrandan çıxaracaq islahatlar vəd edib. Lakin bunlar vəd olaraq da qalıb. Əlbəttə, Ermənistanda iqtisadi çəkişmələr bundan sonra daha da artmağa başlayıb. Ölkənin zəif iqtisadiyyatı kəskin sosial fərqliliklər nəticəsində yaranan boşluqlar elə bunun nəticəsidir. İqtisadi böhran, işsizlik yoxsulluq problemlərinin artması münasibətləri daha da kəskinləşdirir.

2020-ci ildə Qarabağ münaqişəsi zamanı Ermənistanın məğlubiyyəti əsasən iqtisadi problemləri daha da qabardıb. İqtisadi tərəfdaşlıqların zəifləməsi ölkənin beynəlxalq təşəbbüslərdən kənarlaşdırılması, Ermənistanda maliyyə investisiya sahəsində ciddi sıxıntılara yol açıb. Hayastanda mövcud olan sosial çəkişmələr isə əhalisinin bir hissəsinin, işsizlik yoxsulluq problemlərinə dözümlülük göstərməsilə bağlıdır. Son illərdə bu problemlər ölkədə etnik dini azlıqların yaşadığı bölgələrdə daha da kəskinləşib. Etnik dini azlıqlarla əlaqəli sosial münaqişələrin həlli hökumətin idarə etmək bacarığından asılıdır. Lakin Paşinyan hakimiyyəti xarici siyasətdə zəif olduğu qədər, daxildə öz xalqının rifahını düşünmür. Daxili çəkişmələr zamanı hökumətin azlıqların hüquq maraqlarını qorumaqda uğursuz olması, ölkənin istiqrarına daha da təhlükə yaradır.

Ermənistanda daxili çəkişmələrin artması, ölkənin həm regionda, həm beynəlxalq arenada iştirakçı olmaq istədiyi siyasi iqtisadi təşəbbüslərdən kənarlaşmasına səbəb olur. Bu isə Ermənistanın təhlükəsizlik iqtisadiyyat sahəsindəki maraqlarını zəiflədir. Əlbəttə, bunun digər bir səbəbi Paşinyan hakimiyyətinin daima beynəlxalq təşkilatlardan mənasız sadəcə öz mənafeyinə xidmət edən tələbləridir. Hələ İkinci Qarabağ müharibəsi ərəfəsində Rusiya KTMT- qarşı tələbləri bunun əyani nümunəsidir. Hayastanın niyyəti daima öz yerinə vuruşmaq üçün başqa dövlətlər tapmaq olub. Lakin bu, gözlədiyi kimi olmadı Ermənistanın 30 ildir ki, güc-bəla ilə davam etdirdiyi qondarma hakimiyyət 44 gün içində darmadağın edildi. Həmin dönəmlərdə ölkədə 1 ay ərzində 10-dan çox yüksək vəzifəli şəxs, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, Sərhəd Qoşunları komandanı, Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi başqaları işindən azad edilib, ölkədə iğtişaşlar baş verib. Uğursuz hakimiyyət simvolu olan Paşinyan öz ölkəsinə, ordusuna liderlik edə bilir. Xalq öz baş nazirindən bezib onun devrilməsi üçün aksiyalar keçirir. Öz vətəndaşının, əsgərinin rifahını düşünməyən Ermənistan hakimiyyəti bu gün istefaya getməyə məcburdur. Ermənistan hakimiyyəti bu gün həqiqətlər qarşısında aciz qalıb. Artıq Ermənistan tərəfi bunun belə olduğunu etiraf edib. Vəziyyətin belə olmağını isə elə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib. O açıqlayıb ki, Ermənistan həmişə reallıqdan qaçır: "Reallıq budur ki, 44 günlük müharibə zamanı bizdə 11 min fərari var idi. 11 minin olduğunu təsəvvür edə bilərsinizmi? Müharibə zamanı baş komandan könüllüləri Vətənin müdafiəsinə çağıranda bu çağırış yerinə yetirilmədi. Mən bir qadın olaraq bir dəstə yaratmaq qadınların müharibədə iştirakına ehtiyacın o qədər böyük olduğunu göstərmək qərarına gələndə bu öhdəliyə hələ yaxşı cavab gəlmədi. Bu haqda danışmaq lazımdır. Reallığı gizlətməməliyik. Biz 44 günlük müharibəyə nəzər salmalı, hərəkətlərimizi təhlil etməli utanmadan qorxduğumuzu etiraf etməliyik. Hər kəs qəhrəman olmaq məcburiyyətində deyil. Amma bunu gizlətmək ayıbdır". Açıq formada etiraf isə onu düşünməyə vadar edir ki, insanlar artıq dürüst hakimiyyət görmək istəyir. Ağıyla-qarasıyla, yaxşısıyla-pisiylə sadəcə doğruları demək artıq müsbət qarşılanır.

Akopyan, həmçinin bildirib ki, hazırda İrəvanda məhkəmə işləri gedir, burada cavabdehlər ordu zabitləri, müharibə zamanı məlumat ötürən əsgərlərdir. O, bunu xəyanət adlandırıb. Bundan sonra ölən əsgərlərin anaları üsyan bayraqlarını qaldırıb. 2 ildən çox keçməsinə baxmayaraq, bir çox ailə hələ öz övladının nəşinə qovuşmayıb, minlərlə əsgərin qəbir daşı belə yoxdur. Mövcud vəziyyət onu göstərir Hayastan hakimiyyəti xalqı elə bundan sonra da çox üz-üzə qalacaq. Lakin bu hal təkcə xalq hakimiyyətdə yox, hətta siyasi elita arasında da baş qaldırıb. Qeyd edək ki, ötən günlərdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı ölkəmizə qarşı həqiqəti əks etdirməyən iddialarla çıxış edib. O bildirib ki, guya ölkəmiz qərb qonşumuzla sərhəddə, həmçinin Laçın yolunda vəziyyəti gərginləşdirir, güc tətbiqi siyasəti yürüdür. O, həmçinin vurğulayıb ki, Qarabağ ərazisində məskunlaşmış erməni sakinlərinə qarşı etnik təmizləmə planlaşdırılır. Əlbəttə, bu gülünc iddiaların heç bir əsası yoxdur. Lakin bundan cəmi 4 gün qabaq isə Ermənistan televiziyalarından birinə verdiyi müsahibə zamanı o, tam əksini bildirib: "Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik davam edərsə beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq". Ermənistan elitasının öz daxilində belə qərəzli ikiüzlü mövqe nümayiş etdirməsi onun bir dövlət kimi artıq tamamilə özünü gözdən salması deməkdir.

Hayastan hakimiyyətinin onun mediasının yaydığı yalan qərəzli məlumatlar bununla bitmir. Ötən ilin dekabrında ölkəmizin könüllü gəncləri tərəfindən Oxçuçayla yanaşı, Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda başlayan ekoloji aksiyanı Hayastan isə orada yaşayan insanlara qarşı yönəlmiş bir aksiya kimi göstərməyə çalışırdı. Lakin aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən sona qədər sərbəst hərəkətə heç bir maneə olmayıb yol humanitar məqsədlər üçün tam olaraq açıq olub. Lakin qondarma media iddia edirdi ki, biz guya yolu bağlamışıq.

Nəticə etibarilə onu deyə bilərik ki, Ermənistandakı daxili çəkişmələr, ölkənin siyasi, iqtisadi sosial istiqrarını əsasən təhdid edən faktorlara çevrilib. Siyasi güc mübarizəsi, iqtisadi böhran, sosial fərqliliklər təhlükəsizlik problemləri, Ermənistanın zəif daxili xarici siyasətini daha da darmadağın edir. Ermənistan hökuməti bu daxili çəkişmələri həll etmək üçün siyasi dialoqu genişləndirməli, iqtisadi islahatlar həyata keçirməli, ölkəmizlə sülh prosesinə maneə törətmədən şərtləri qəbul etməli sosial problemlərlə mübarizə aparmalıdır. Bununla yanaşı, Ermənistan mütləq formada beynəlxalq tərəfdaşları region ölkələri ilə münasibətlərini şəffaf aparmalı, ölkənin təhlükəsizlik iqtisadi maraqlarını daha da möhkəmləndirməli bölgədə istiqrarlı bir qonşu rolunu oynamalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".