Hindistanda seçkilər zamanı toqquşma - ölənlər var
Dünya xəbərləri

Hindistanda seçkilər zamanı toqquşma - ölənlər var

Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatında ötən həftə sonu yerli hakimiyyət orqanlarına keçirilən seçkilər zamanı müxtəlif siyasi partiyaların tərəfdarları arasında baş verən toqquşmalarda azı 20 nəfər həlak olub, 350-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"Respublika" “Payoneer” nəşrinə istinadən xəbər verir ki, regiondakı hakim “Trinamul Konqres” partiyasının fəalları ilə müxalif Kommunist (Marksist), İnqilabçı Sosialist partiyaların və digər siyasi qüvvələrin tərəfdarları arasında meydana gələn şiddətli qarşıdurmada odlu silahlardan və əldəqayırma bombalardan istifadə olunub.

Qərbi Benqaliyanın hakimiyyət orqanları ştatda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bildirib. İğtişaşların baş verdiyi rayonlara ordu hissələri və təhlükəsizlik qüvvələri göndərilib.