Hollandiya yanmış yük gəmisini limana çəkəcək
Dünya xəbərləri

Hollandiya yanmış yük gəmisini limana çəkəcək

Şimal dənizində bir neçə gün davam edən yanğından sonra “Fremantle Highway” gəmisi limana çəkiləcək. Səlahiyyətlilər gəminin artıq yanmadığını müəyyən ediblər.

“Respublika” xəbər verir ki, bu barədə Hollandiya rəsmiləri məlumat yayıb.

498-i elektrikli olmaqla, 3894 avtomobili daşıyan 200 metrlik “Fremantle Highway” gəmisi Hollandiyanın Eemshaven limanına çəkiləcək.

Nurlan ABDALOV,

"Respublika".