Humanitar təşkilatın təsisçisi və rəhbəri ilə görüş
Digər xəbərlər

Humanitar təşkilatın təsisçisi və rəhbəri ilə görüş

11 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov minaların təmizlənməsi sahəsində humanitar fəaliyyət göstərən ABŞ-ın “Sülhün kökləri” humanitar təşkilatının təsisiçisi və rəhbəri Haydi Kün ilə görüşüb. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilir.

Görüş zamanı, nazir Ceyhun Bayramov Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam etmiş təcavüzü nəticəsində Azərbaycana qarşı yaranmış mina təhdidləri barədə barədə müqabil tərəfə ətraflı məlumat verib.

Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi diqqətə çatdırılıb.

Mina təhdidlərinin 44 günlük Vətən müharibəsindən sonra bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə maneə olduğu vurğulanıb.

“Respublika”.