İGİD SƏRKƏRDƏLİ VƏTƏN BASILMAZ...
Digər xəbərlər

İGİD SƏRKƏRDƏLİ VƏTƏN BASILMAZ...

Hamı səfərbərdi, sıxlıq cərgədə,

Sonuncu yarasın Vətən sağaltdı!

Ali Baş Komandan, müdrik Sərkərdə

Doğma Xankəndidə Bayraq ucaltdı!

Elə bədnamlıqdan qurtardı bizi -

Qalib ordumuza qibtə edirik,

İtirə-itirə getdiyimizi,

Qaytara-qaytara geri dönürük!

Qatdıq qanımıza axan qanları,

İgid Sərkərdəli Vətən basılmaz,

Tərtərin Sərsəngdə dustaq suları

Daha yadellilər əl-üzün yumaz.

Kim saya salardı məğlub milləti?

Zəfər - söz sahibi vəsiqəmizdi,

İlhama güc verən el məhəbbəti,

Həm də Ulu Öndər vəsiyyətiydi.

Hər kəs əzizləsin igid Ordusun,

Gənc nəsil dərs alsın Şəhidlərindən,

Xankəndi, növrağın mübarək olsun,

Ayılıb gördün ki, Xanındır gələn.

Uca nə olar ki, el sevgisindən?

Bütün şahlarımız sıraya dursun;

Böyük şairimiz Vurğun demişkən -

İgid İlhamımız Komandan olsun...   

Vahid ƏZİZ,

Xalq şairi.