İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində davamlı addımlar atılır
Digər xəbərlər

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində davamlı addımlar atılır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları davam etdirilir.

Hazırda İkinci Qarabağ müharibəsinin başa çatmasından xeyli vaxt keçsə , hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələrdir ki, burada da gərgin aparılır. Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. Odur ki, minaların digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdiriblər.

İlkin mərhələdə qarşıya qoyulan prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Ölkəmiz bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atır. Təbii ki, bu ərazilərin tədricən təmizlənməsində vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis texniki ehtiyatlar tələb olunur. Minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon kəndlərdə aparılır. Minatəmizləmə əməliyyatlarının uğurla davam etməsi münaqişənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Təəssüflər olsun ki, ərazilərimiz işğaldan azad edildikdən sonra onlarla həm dinc sakin, hərbçilərimiz, həm peşə fəaliyyətləri zamanı jurnalistlərimiz minanın qurbanı olublar. İnsanların həyatını xilas, eləcə regionda sülhü inkişafı təmin etmək üçün Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə səylərin daha da fəallaşdırılması məqsədilə beynəlxalq dəstəyin artırılması prinsipial əhəmiyyət kəsb edir.

ANAMA yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu mətbuata açıqlamasında bildirib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu mülki şəxs olmaqla, ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. U.Rəhimoğlu qeyd edib ki, Qarabağda ərazilərin böyük hissəsi minalanıb: "Azərbaycan bu gün dünyanın ən çox minalarla çirkləndirilmiş ölkələri sırasındadır. Hətta deyərdim birinci onluqdadır. Azərbaycan hələ bu problemlə xeyli mübarizə aparmalı olacaq. Baxmayaraq ki, insanlarımızın geri qayıdışı ilə bağlı proqramlar həyata keçirilir, infrastruktur layihələri, yolların çəkilişi, su xətlərinin çəkilişi s. həyata keçirilir. Amma kənd təsərrüfatı üçün yararlı ola biləcək torpaqlarımızın da böyük hissəsi minalanıb. Təəssüf ki, biz uzun illər bu problemlə rastlaşacağıq. Ona görə hər kəs ehtiyatlı olmalıdır. Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar".

İşğala son qoyulduqdan sonra isə minalanmış ərazilər bölgədə əsas təhlükə olaraq qalmağa davam edir. Azərbaycanın işğaldan azad edilmiş bölgələrində minatəmizlənmə işləri sürətlə aparılır. 30 illik işğala son qoyan Azərbaycan dövləti bu problemin həllinə nail olmaq iqtidarındadır. Ermənistanın təxribatları isə hər zaman olduğu kimi, uğursuzluğa düçar olmağa məhkumdur.

M.MİRZƏ,

"Respublika".