İtaliyada su elektrik stansiyasında partlayış nəticəsində üç nəfər ölüb
Dünya xəbərləri

İtaliyada su elektrik stansiyasında partlayış nəticəsində üç nəfər ölüb

İtaliyanın Emiliya-Romaniya və Toskana regionlarının sərhədində yerləşən Suviyana gölü üzərindəki su elektrik stansiyasında (SES) partlayış baş verib.

"Respublika"  xəbər verir ki, “Enel” enerji şirkətinə məxsus SES-dəki partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. Hazırda hadisə yerində axtarış-xilasetmə qrupları işləyir.

Partlayışdan sonra stansiyada yanğın baş verib. Hadisənin başvermə səbəbləri araşdırılır.