Lavrov Pekinə səfər edib
Dünya xəbərləri

Lavrov Pekinə səfər edib

Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Çinin paytaxtı Pekinə gedən Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Moskvaya tətbiq etdiyi iqtisadi sanksiyalardan tutmuş Ukrayna sülh konfransına qədər bütün mövzuları müzakirə edərək Çinin nəbzini sınayıb.
"Respublika" "Hürriyet"ə istinadən xəbər verir ki, Lavrov bu məsələni ilk dəfə Pekində ələ alıb. Sözügedən məsələ Çinin xarici işlər naziri Van Yi və Çin sədri Si Cinpinlə baş tutan görüşlərdə gündəmə gətirilib. Danışıqlardan sonra keçirilən mətbuat konfransında Lavrov bildirib: "Çinli dostlarımızla razılığa gəldik. Qərbin və xüsusilə ABŞ-nin qeyri-qanuni iqtisadi sanksiyalarına birlikdə cavab verəcəyik. Rusiya ilə Çin arasında iqtisadi əlaqələr BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində davam edəcək".

Röya RÜSTƏMLİ,

"Respublika".