Mayın 3-də Azərbaycanda COVID-19 əleyhinə 205 doza vaksin vurulub
Səhiyyə

Mayın 3-də Azərbaycanda COVID-19 əleyhinə 205 doza vaksin vurulub

Mayın 3- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 205 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 52, ikinci doza vaksinlərin sayı 120, üç daha çox doza vaksinlərin sayı 30, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 17, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 848, ikinci mərhələ üzrə 4 milyon 882 min 22, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 979, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 168-dir.                       

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 46 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 953 nəfər müalicə olunaraq sağalıb, 10 min 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 257 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1471, indiyə qədər isə ümumilikdə 7 milyon 593 min 644 test icra olunub.