MİLLİ QURTULUŞ GÜNÜ BÖLGƏLƏRİMİZDƏ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLİB
Region

MİLLİ QURTULUŞ GÜNÜ BÖLGƏLƏRİMİZDƏ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLİB

Lənkəran

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda konfrans keçirilib.  Tədbir iştirakçıları ulu öndərin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə geniş və əhatəli məruzə edərək 15 iyun tarixini milli varlığımızın təvəllüd günü kimi dəyərləndirib. Bu müqəddəs tarixin hər bir vətəndaşın, xüsusilə, gənc nəslin bilməsinin vacibliyini diqqətə çatdırıb. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə torpaqlarımız işğaldan azad edilib, Azərbaycan qalib, güclü, qüdrətli, sivil dövlət kimi dünyada tanınıb.

Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru, dosent Zaur Məmmədov, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Emin Məlikov, Darquba kənd tam orta məktəbinin direktoru Mais Kazımov öz çıxışlarında bildiriblər ki, keçən əsrin sonunda milli dövlətçiliyi təhlükə qarşısında qalan xalqımız Heydər Əliyev dühasına, sarsılmaz iradəsinə, əzminə, zəngin dövlətçilik təcrübəsinə arxalanaraq öz dövlətini qoruyub, möhkəmləndirib və müstəqil Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilib.

 

Masallı

Milli Qurtuluş Günü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilib. Rayon mərkəzi kitabxanasında “Azərbaycan tarixinin möhtəşəm anı” adlı konfransda ulu öndərin mənalı ömür yolu, zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı danışılıb. Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “ASAN xidmət”  mərkəzinin qarşısında yerli rəssamların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Masallı şəhərində “Qurtuluş yürüşü-2023” adlı marafon keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və yürüş iştirakçıları Heydər Əliyev parkından start götürərək 10 kilometr məsafəni qət ediblər. Qaliblərin mükafatlandırma mərasimində ölkəmizin Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı 15 iyunun qürur və şərəf günü kimi çağdaş tariximizin şanlı səhifələrindən biri olduğunu, masallılıların ümummilli liderin siyasi kursuna, milli dövlətçiliyimizə daim sadiq olduqlarını bildirib.

.

Astara

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri şəhər mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri düzərək parlaq xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. İcra başçısı Qəzənfər Ağayev tədbiri giriş sözü ilə açaraq 30 il əvvəl 15 iyundan başlayaraq ölkəmizin tənəzzüldən tərəqqi yoluna çıxdığını, beynəlxalq aləmdə qüdrətli, nüfuzlu dövlət kimi tanındığını bildirib.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Ümummilli liderin siyasi kursu onun layiqli davamçısı, müdrik Prezidentimiz İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilir. Ölkəmiz dinamik inkişaf edən, modernləşən, nüfuzu gündən-günə artan dövlətə çevrilib, beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib.

Bayram münasibəti ilə astaralıları səmimi təbrik edən icra başçısı hər bir ailəyə xoşbəxt, firavan həyat, əmin-amanlıq  arzulayıb. Bayram tədbiri Astara şəhərinin park-bulvar ərazisində konsert proqramı ilə yekunlaşıb.

 

Lerik

Lerik şəhərində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəl şəhərin Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edib, əbədiyaşar liderin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.  

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə çıxış edərək 1993-cü ilin 15 iyunun xalqımızın qurtuluş tarixinin başlanğıcı olduğunu bildirib. Bu tarixi yaradan isə daim xalqına arxalanan, dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevdir.

Bu gün regionun lider dövlətinə çevrilmiş ölkəmizin sürətli inkişafı və tərəqqisi bu möhtəşəm qayıdışın, ulu öndərin siyasi kursunun uğurla davamının parlaq nəticəsidir, -deyə icra başçısı bildirib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon ağsaqqallar şurasının sədri Elxan Qənbərov və başqaları ulu öndərin xilaskarlıq və quruculuq missiyasından, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  genişmiqyaslı layihələrdən, nəhəng quruculuq işlərindən danışıblar.

 

Yardımlı

Milli Qurtuluş Günü ilə əlaqədar rayon mərkəzində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəl ümummilli liderin abidəsini ziyarət edib, önünə gül- dəstələri düzüblər. Sonra Heydər Əliyev mərkəzində ulu öndərin ömür yolunu, zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxışında bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyev ürəklərdə sonsuz sevgi, əbədiyaşarlıq qazanıb. Ümummilli lider 1993-cü ilin yayında qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz, dövlətçiliyimiz getdikcə möhkəmlənir, ölkəmizin beynəlxalq aləmdə hörməti, nüfuzu durmadan artır.

Çıxışlarda ulu öndərin müstəqil Azərbaycanın inkişafında əvəzsiz xidmətlərindən danışılıb, ucqar dağ rayonu Yardımlının sosial-iqtisadi və mədəni inkişafına göstərilən yüksək qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

 

Tovuz

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləHeydər Əliyev iliçərçivəsində 15 iyun - Milli Qurtuluş günü münasibətiləMilli dövlətçiliyimizin xilaskarımövzusunda tədbir keçirilib. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, filologiya elmləri doktoru Asif Rüstəmli, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub. RİH başçısı Məmməd Məmmədov çıxış edərək 15 iyun - Milli Qurtuluş gününün tarixi əhəmiyyətini vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq öz xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır.

Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun zənginləşdirilməklə  yüksək səviyyədə davam etdirilir ölkəmizi daim qələbələrə qovuşdurur.

Daha sonra professor Asif RüstəmliYAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid ailələri İctimai Birliyinin sədri Əli Əliyev Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbinin direktoru Mehriban Rüstəmova çıxış edərək,

Ulu öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətinin Azərbaycan dövlətçiliyini xilas etməsi və Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarması olduğunu vurğulamışlar.

Vəli VƏLİYEV,

Respublika.