Müdafiə Nazirliyi Ermənistan ordusunun hərbçisinin guya yaralanması barədə dezinformasiya ilə bağlı məlumat yayıb
Digər xəbərlər

Müdafiə Nazirliyi Ermənistan ordusunun hərbçisinin guya yaralanması barədə dezinformasiya ilə bağlı məlumat yayıb

Aprelin 29-da guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Bu, Ermənistanın növbəti dezinformasiyasıdır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam hərbi nizamnamədən kənar münasibətlər ciddi problem olaraq qalmaqdadır", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.