NASA Marsda helikopter görüntülərini lentə alıb
Maraqlı

NASA Marsda helikopter görüntülərini lentə alıb

“Perseverance” roveri 54-cü dəfə Marsın - qırmızı planetin səmasına qalxan “İngenuity” helikopterinin yeni uçuş videosunu Yerə ötürüb.

"Respublika" xəbər verir ki, bu barədə "NASA" məlumat yayıb.

Bildirilib ki, Perseverance “Mastcam-Z” kamerası ilə helikopterin uçuşunu lentə ala bilib. Əldə edilən video uçuşun heyrətamiz detallarını qeydə alır, “İngenuity”nin yüksəldiyini, havada qaldığını və fırlandığını, daha sonra yenidən Ezero kraterinin dibinə endiyini əks etdirir.

Nəzrin ELDARQIZI,

"Respublika".