Şimali Koreyanın Cənubi Koreyanın dənizdəki adalarına atdığı mərmilərin sayı açıqlanıb
Dünya xəbərləri

Şimali Koreyanın Cənubi Koreyanın dənizdəki adalarına atdığı mərmilərin sayı açıqlanıb

Şimali Koreyanın sahil artilleriyası Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-dən çox mərmi atıb.

"Respublika" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, cənubi koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur.

Cənubi Koreyanın nəzarətində olan Yeonpyonqdo adasının hakimiyyət orqanları “Şimali Koreyanın hərbi təxribatının aşkar əlamətləri fonunda” sakinlərin təxliyə edildiyini açıqlayıb.