Şimali Koreya növbəti raket sınağını həyata keçirib
Dünya xəbərləri

Şimali Koreya növbəti raket sınağını həyata keçirib

Şimali Koreya şərq sahillərinə iki qısa mənzilli ballistik raket atıb. 

"Respublika" xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, hər iki raket Cənubi Koreyadan 400 km məsafə qət edib və suya düşüb. Xəbərdə raket sınağının Birləşmiş Ştatların güc nümayişi olaraq Cənubi Koreyaya dəniz qüvvələrini göndərməsinə cavab olduğu da vurğulanıb. 

Yaponiyanın baş naziri Fumio Kişida isə Şimali Koreyanın raket buraxılışlarını pisləyib və bunu Yaponiya ilə yanaşı, bütün region və beynəlxalq ictimaiyyət üçün təhdid adlandırıb. 

Jalə QASIMZADƏ, 

"Respublika".