Nigerdə terror hücumu çox sayda insanın  ölümünə səbəb olub.
Dünya xəbərləri

Nigerdə terror hücumu çox sayda insanın ölümünə səbəb olub.

 Mali və Burkina Faso sərhədi yaxınlığında pusquya düşən 17 nigerli əsgərin öldürüldüyü və 20 nəfərin yaralandığı məlum olub.

“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Niger ordusunun müdafiəyə keçərək 100-dən çox terrorçunu zərərsizləşdirdiyi də bildirilib.

Niger Müdafiə Nazirliyindən verilən açıqlamada, qoşunlara sürətli reaksiya və hava müdaxiləsi ilə münaqişə yerində düşmənlə mübarizə aparıldığı bildirilib. Hücumların terror təşkilatları ilə əlaqəli olduğuna inanılır.

Musa Bağırlı,

“Respublika”.