Nyu-Yorkda ilk dəfə azan oxundu
Dünya xəbərləri

Nyu-Yorkda ilk dəfə azan oxundu

Nyu-Yorkda azan səsi ilk dəfə məscidlərdən səsgücləndirici vasitəsilə verilib. 

"Respublika" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, Nyu-York meri Erik Adamsın imzaladığı yeni qərara əsasən, azan cümə günləri və Ramazan ayında məscidlərdə ucadan veriləcək. 

Nyu-Yorkda müsəlman icması ilə toplantı keçirən mer qərarı imzaladığı üçün qürurlu olduğunu deyib. Adamsın sözlərinə görə, şəhər sakinləri inancını həyata keçirməkdə azaddır. 

Jalə QASIMZADƏ, 

"Respublika".