Qərbi Azərbaycan İcması Türkiyəyə başsağlığı verib
Digər xəbərlər

Qərbi Azərbaycan İcması Türkiyəyə başsağlığı verib

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Türkiyədəki dəhşətli zəlzələ ilə əlaqədar qardaş xalqa başsağlığı verib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, Ə.Ələkbərli bununla bağlı qeyd edib: "Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.4 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram".

O, İcma üzvlərinin və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.