Qətiyyətin növbəti əməli ifadəsi
Siyasət

Qətiyyətin növbəti əməli ifadəsi

Ölkəmizin suveren ərazisində – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi quruldu

"İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları eyni zamanda, ona dəstək verən ölkələr qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın". Bu fikirləri Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində demişdi. Vurğulamışdı ki, separatçıların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Azərbaycanla Ermənistan arasında danışıqlarla bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, Azərbaycan sülh müqaviləsinin imzalanmasına təklif etmiş məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn təməl prinsipləridir. Məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı s. danışıqlar mümkündür. 2020-ci ilin noyabrında Rusiya Azərbaycan prezidentlərinin Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşdü. Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə , Ermənistan bundan boyun qaçırır. Düşmən ölkə, həmçinin, Avropa Birliyinin vasitəçiliyilə aparılan danışıqların prinsiplərini yerinə yetirmir.

Ermənilər üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Qarabağda fəaliyyət göstərən qanunsuz erməni hərbi birləşmələrini ərazilərimizdən nəinki uzaqlaşdırmır, hərbi sursatla təmin edərək yeni müharibə üçün şərait yaradırlar. Həmçinin Laçın-Xankəndi yolundan yalnız humanitar məqsədli yardımların daşınması nəzərdə tutulsa da, rəsmi İrəvan bu yoldan hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirməklə özünün təcavüzkar, təxribatçı mövqeyini bir daha ortaya qoyur. Azərbaycan dəfələrlə bəyan edib ki, öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat canlı qüvvə daşınmasına göz yummaq niyyətində deyil. Ermənistan sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq üçün müxtəlif yollara əl atır. Təəssüflər olsun ki, Rusiya sülhməramlı qüvvələri onların bu əməllərinə göz yumur, yaxud da özü vasitəçilik edir. Ona görə artıq Azərbaycanın yenə öz problemini özü həll etməsi qaçılmazdı.

Bu günlərdə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb. Bu haqda videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olmasına Rusiya sülhməramlıları şərait yaradıb. Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan tərəfindən aprelin 22- birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Artıq ərazidə Azərbaycan bayrağı ucaldılıb. Bunu əks etdirən fotolar sosial şəbəkədə yayılıb. Bu barədə Rusiya sülhməramlı kontingenti Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Azərbaycan Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar.

Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə 22 aprel 2023- il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı olan minaya düşərək partlayıb 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin bitməsindən bu günə qədər 294 nəfər azərbaycanlı mina qurbanı olub.

Ekspertlərin fikrincə, Nəqliyyat Buraxılış Məntəqəsinin qurulması o deməkdir ki, bundan sonra heç bir erməni ya başqa şəxs, həmçinin nəqliyyat vasitəsi nəzarətdənkənar Qarabağa gələ ya oradan gedə bilməz. Bu, Naxçıvana Zəngəzur dəhlizi açılması işinə ciddi təkan verəcək. Nəzarət-buraxılış məntəqəsi quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedən yeganə yolun üzərindədir. Bu yolun nəinki alternativi, heç ona alternativ cığır da yoxdur. Hər yer şanlı ordumuzun tam nəzarəti altındadır.

"Bu gün "Qarabağ Ermənistandır nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan indi özü üçün yeni ağa axtarışındadır. Bunun heç bir xeyri olmayacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib: "Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır". Ermənilərin təhdidləri təxribatları nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin qurulması yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir.

Mustafa KAMAL,

"Respublika".