“Respublika” qəzeti redaksiyasında püşkatma keçirildi
Sosial həyat

“Respublika” qəzeti redaksiyasında püşkatma keçirildi

Prezidentliyə qeydə alınmış namizədlərin təşviqat materiallarının qəzet səhifələrində dərci ardıcıllığı müəyyənləşdirildi

Fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası başlamışdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatına əsasən “Respublika” qəzetinin də təbliğat və təşviqat kampaniyasında prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarının dərcinə yer ayırması nəzərdə tutulmuşdur.

Namizədlərin təşviqat materiallarının qəzetin səhifələrində yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək məqsədilə “Respublika” qəzeti redaksiyasında yanvarın 15-də prezidentliyə qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə püşkatma keçirildi.

Şəffaf püşkatma nəticəsində prezidentliyə namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci ardıcıllığı müəyyənləşdirildi və razılıqla qarşılandı.

Sonda onlara təşviqat materiallarının dərcinin prosedur qaydaları haqqında ətraflı məlumat verildi.

“Respublika”.