Şahdağ Milli Parkının İsmayıllı bölməsində son 2 həftə ərzində 4 zubr balası doğulub
Ekologiya

Şahdağ Milli Parkının İsmayıllı bölməsində son 2 həftə ərzində 4 zubr balası doğulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın sözlərinə görə, 2010-cu ildən etibarən ölkədə bir sıra həssas, sayı azalmaqda olan növlərin reintroduksiyası layihələrinə başlanılıb.

21 iyun ETSN-nin məlumatında bildirilir ki, "2019-cu ildən etibarən Şahdağ Milli Parkının İsmayıllı bölməsinə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilib. Zubrlar bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Hazırda zubrların sayında artım müşahidə olunaraq ümumi sayı 45 başa çatıb".

“Respublika”.