Şamaxı II Milli “Qurama” Festivalı
Mədəniyyət

Şamaxı II Milli “Qurama” Festivalı

Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Şamaxı Yaradıcılıq Mərkəzində II Milli “Qurama” Festvalı çərçivəsində tədbir keçirilib.

"Respublika" xəbər verir ki, Şamaxı şəhərinin girişində “Qurama” yürüşü ilə başlanan tədbir Şamaxı Yaradıcılıq Mərkəzində davam etdirilib. Tədbirdə sərgi, quramaların hazırlanması barədə ustad dərsləri və dekorativ sənət nümunələri nümayiş olunub, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkası təşkil edilib.

Milli “Qurama” Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət, Elm və Təhsil Nazirliklərinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, 2020-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən olan “Qurama” sənətinin yenidən bərpa olunmasına start verilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan “Qurama” sənətinə yeni həyatın verilməsidir.

M.QULUYEV,
“Respublika”