Səbaildə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib
Digər xəbərlər

Səbaildə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib

20 iyun Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirili. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri və əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısının müavini Kəmalə Həşimova ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki: “Ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda Ümummilli Liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin təməlini qoyduğu islahatlar uğurla davam etdirilir. Tədbirdə çıxış edənlər aparılan islaharlar, o cümlədən səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsini daim diqqət mərkəzində saxlayan ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunu əks etdirən  videoçarx nümayiş etdirilmişdir.

 “Respublika”.