Sel suları nəticəsində ev yararsız vəziyyətə düşdü
Digər xəbərlər

Sel suları nəticəsində ev yararsız vəziyyətə düşdü

21 iyun FHN Mətbuat xidmətinin məlumatında bildirilir ki, Nazirliyin Qax rayonu, Qaradolaq kənd sakini Salmanov Süleyman Məhəmməd oğluna məxsus evin intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini S.Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

 

“Respublika”.