İlin I yarısında KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib
Digər xəbərlər

İlin I yarısında KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib

Bu ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara197 mindən çox xidmət göstərilib.

“Respublika” xəbər verir ki, göstərilmiş xidmətlərin 155 mindən çoxu “Bakı KOB evi”nin, 29 mindən çoxu “Yevlax KOB evi”nin, 13 mindən  çoxu    isə “Xaçmaz KOB evi”nin     payına    düşür. Xidmətlərin 190 mindən  çoxu  dövlət qurumları(“G2B”), 7300-ə yaxını isə    biznes  qurumları (“B2B”)   tərəfindən   göstərilib.

Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə  müraciət  ediblər. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq  səviyyəsi 98% təşkil  edir.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir və Agentlik sahibkarlara vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu əsasında biznes xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradıb. Hazırda KOB evlərində biznes subyektlərinə sahibkarlıq  fəaliyyəti üçün zəruri olan  biznesin   qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə   vəsaitlərinə   çıxış, vergi, gömrük, reklam, qida   təhlükəsizliyi, kommunal xidmətlərə   qoşulma, bank, sığorta, notariat  və  digər  xidmətlər  göstərilir.

Ümumilikdə    Bakı, Xaçmaz və Yevlax KOB evlərində  sahibkarlara 50-dən çox dövlət və özəl  qurum tərəfindən 250-dən çox “G2B” və “B2B” xidmətlər   göstərilir.

Nəriman CAVADOV,

“Respublika”.