Silviya Ferraris: Biz ADA Universiteti ilə əməkdaşlığımızı bir neçə istiqamətdə davam etdirəcəyik
Elm və təhsil

Silviya Ferraris: Biz ADA Universiteti ilə əməkdaşlığımızı bir neçə istiqamətdə davam etdirəcəyik

Azərbaycanın Şəki diyarında belə bir əlamətdar gündə və belə gözəl açılışda iştirak etməkdən qürur duyuram. Bu gün biz İtaliya-Azərbaycan Universitetinin ADA Universiteti ilə əməkdaşlığı çərçivəsində Şəkidə Dizayn və memarlıq fakültəsinin açılışında, mötəbər bir tədbirdə iştirak edirik. Biz ADA Universiteti ilə əməkdaşlığımızı bir neçə istiqamətdə davam etdirəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Milan Politexnik Universitetinin professoru Silviya Ferraris Şəkidə Dizayn və memarlıq fakültəsinin açılışında jurnalistlərə müsahibəsində söyləyib.

İtaliyalı professor deyib: "Bildiyimə görə, ADA Universiteti, eyni zamanda, Şəkidə özünün kampusunu inşa edəcək. Burada bir neçə ixtisas üzrə memarların, bərpaçıların hazırlanması kimi analoji proqramlar üzrə tədris prosesi həyata keçiriləcək. Bu proqramların həyata keçirilməsində biz də öz iştirakımızı təmin edəcəyik".